Google+ 2011-ci ilin iyunundan işləyirdi. Google, xidmətin öz məşhurluğunu itirməsi və istifadəçilərin təhlükəsizliklə bağlı problemləri səbəbindən 2018-ci ilin oktyabrında sosial şəbəkənin bağlanması haqqında elan verib. İki il sonra şirkət daha bir zəiflik tapdı və bağlanma müddətini 2019-cu ilin avqustundan aprelinə keçirdi.
Google+ -un korporativ versiyası paket şəklində G Suite-in biznes-müştəriləri üçün işləməkdə davam edir.