Kibertəhlükəsizlikdə ixtisaslaşmış Very Good Security şirkəti B raundunda 35 mln. dollar səhm cəlb edib. Goldman Sachs, Andreessen Horowitz və Vertex Ventures olublar.
Raundda əldə edilən dəyər açıqlanmır. Cəlb edilmiş kapitalın ümumi miqdarı 43,5 mln dollardır. Əldə olunan vəsaitin biznesin inkişafına xərclənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Very Good Security, şirkətlərə, “həssas” məlumatlardan itirilmə riski olmadan istifadəni və onların qorunub saxlanmasına görə məsuliyyəti mümkün edən SaaS-həll üzərində işləyir.