Gömrükdən “şəkər”lə bağlı açıqlaması

Date:

Paylaş:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ölkəmizə Rusiyadan gətirilən şəkərin həcmi ilə bağlı müxtəlif rəqəmlərin ortaya çıxmasına aydınlıq gətirib. 

​DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı məlumatlar yayılıb.

Həmin məlumatda cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 56 min ton şəkərin idxal edildiyi, ötən il isə idxal və yerli istehsal hesabına yarım milyon tona qədər şəkərin daxili bazarda istehlak olunduğu iddia edilir.

Yazının müəllifi Rusiya Federal Gömrük Xidmətinin açıqladığını iddia etdiyi rəqəmlərə əsaslanaraq 2018-ci ildə Rusiyadan Azərbaycana cəmi 7,3 min ton şəkər idxal olunduğunu vurğulayır və eyni dövr üçün Dövlət Gömrük Komitəsinin açıqladığı 239 min ton rəqəmini əsas gətirərək hansı qurumun doğru söylədiyi sualını ortaya qoyur.

“Qeyd edək ki, 2018-ci ildə Azərbaycana ümumilikdə 238,7 min ton şəkər idxal edilib ki, bunun da 13,7 min tonu Rusiya Federasiyasının, qalanı isə digər ölkələrin payına düşür. İdxal olunan məhsulun 44,1 min tonu isə saflaşdırılaraq, yəni emal edilərək ixrac olunub. Yəni Azərbaycana yalnız Rusiyadan deyil, digər ölkələrdən də şəkər idxal olunur.

Həqiqətən, cari ilin yanvar-fevral aylarında ölkəyə 56 min ton şəkər idxal edilib. Lakin həmin məhsulun əsas hissəsi xammal şəklində olub və daha sonra ölkə ərazisində emal edilərək hazır mal kimi ixrac edilib ki, ümumilikdə iki ay ərzində ixrac edilən şəkərin miqdarı 4,9 min tondur”, – deyə açıqlamada qeyd olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...