Xarici ticarət iştirakçılarının sayı artır.
“Bizplus.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il ərzində xarici ticarət iştirakçılarının sayı 44 554 olub. O cümlədən, fiziki şəxslər üzrə 35 666, hüquqi şəxslər (şirkətlər) üzrə 8 888 şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub.
Müqayisə üçün bildirək ki, 2018-ci ildə xarici ticarət iştirakçılarının sayı 25 123, o cümlədən fiziki şəxslər üzrə 17 731, hüquqi şəxslər üzrə 7 392 olub. Beləliklə, xarici ticarət iştirakçılarının sayı ötən il 19 431 şəxs, o cümlədən fiziki şəxslər üzrə 17 935 şəxs, hüquqi şəxslər üzrə 1496 şəxs artıb.
Qeyd edək ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2016-cı ilin sonunda 14055 şəxs (5435-i hüquqi şəxslər), 2017-ci ilin sonunda isə 16 086 şəxs (6013-ü hüquqi şəxslər) idi.
Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayının artması “gömrükdə inhisarçılıq azalıb” iddialarını təsdiq edir.