Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Gömrükdə yeni yoxlama aparatları quraşdırılacaq

Gömrükdə yeni yoxlama aparatları quraşdırılacaq

345
Paylaş

Dövlət Gömrük Komitəsi 9 ədəd “Body Scan” (B-Scan) yoxlama aparatı alıb.

Bu barədə komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Böyükağa Şəfiyev deyib.

O bildirib ki, bu avadanlıqlar artıq ölkəyə gətirilib. Yoxlama aparatlarının Azərbaycanın bütün beynəlxalq hava limanlarında və ölkənin cənub sərhədində yerləşən gömrük sərhəd-keçid məntəqələrində quraşdırılması nəzərdə tutulur.