Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Gömrükdə monopoliyanın azalması nə ilə nəticələnib?

Gömrükdə monopoliyanın azalması nə ilə nəticələnib?

59

Xarici ticarət iştirakçılarının sayı artır.

“Bizplus.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il ərzində xarici ticarət iştirakçılarının sayı 44 554 olub. O cümlədən, fiziki şəxslər üzrə 35 666, hüquqi şəxslər (şirkətlər) üzrə 8 888 şəxs xarici ticarət fəaliyyəti ilə məşğul olub.

Müqayisə üçün bildirək ki, 2018-ci ildə xarici ticarət iştirakçılarının sayı 25 123, o cümlədən fiziki şəxslər üzrə 17 731, hüquqi şəxslər üzrə 7 392 olub. Beləliklə, xarici ticarət iştirakçılarının sayı ötən il 19 431 şəxs, o cümlədən fiziki şəxslər üzrə 17 935 şəxs, hüquqi şəxslər üzrə 1496 şəxs artıb.

Qeyd edək ki, xarici iqtisadi fəaliyyət  iştirakçılarının sayı 2016-cı ilin sonunda 14055 şəxs (5435-i hüquqi şəxslər), 2017-ci ilin sonunda isə 16 086 şəxs (6013-ü hüquqi şəxslər) idi.

Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayının artması “gömrükdə inhisarçılıq azalıb” iddialarını təsdiq edir.