Gömrük Komitəsi şirkəti cərimələyib

Date:

Paylaş:

Dövlət Gömrük Komitəsi “Boras” MMC barədə inzibati protokol tərtib edib.

Bizplus.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 1500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə “Boras” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından “Boras” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Boras” MMC polad armaturlar, borular və digər məhsulların topdan və pərakəndə satışını həyata keçirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...