Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaranmış gömrük borcunun ödənilməsi ilə bağlı “Azman” MTK-ya qarşı tələb irəli sürüb.
Bununla əlaqədar olaraq Komitə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Gömrük əməliyyatları nəticəsində gömrük bəyannamələrinə əsasən, dövlət büdcəsinə ödənilməli olan 228 min 827 manat məbləğində pul vəsaitinin “Azman” MTK-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi tələb olunub.
Lakin iddiaçı Kömrük Komitəsi öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyib.
İddiaçı tərəfin nümayəndəsi Həsənov Bəbir Hüseyn oğlu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib və iclasın başqa vaxta təxirə salınmasını xahiş edib.
Cavabdehin nümayəndəsi və vəkili İbrahimov Telman Sadət oğlu məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirib və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edib.
Buna görə məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.