“Azərbaycanın sığorta bazarına yeni məhsulların gətirilməsi üzrə işlər gedir”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar” adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.
Onun sözlərinə görə, bunlar həkimlərin, sığorta agentlərinin və inşaat işçilərinin peşə məsuliyyətinin sığortalanması ola bilər.
“Bundan başqa, Dövlət Gömrük Komitəsinə və digər qurumların müvəqqəti saxlanc yerlərində sahibkarlara məxsus əmlakların icbari qaydada sığortalanması məhsulu barədə düşünürük. Bu gün bu məhsula böyük ehtiyac var”, – İ.Alışov qeyd edib.