Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Gömrük ixrac-idxal rəqəmlərini açıqlayıb – “SALDO” – da AZALMA

Gömrük ixrac-idxal rəqəmlərini açıqlayıb – “SALDO” – da AZALMA

252
Paylaş

2018-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 923 milyon 602  min ABŞ dolları təşkil edib.

“Bizplus.az” “Fed.az”-a istinadla bildirir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına əsasən xəbər verir ki, idxal əməliyyatları üzrə 11 milyard 464 milyon 970 min dollarlıq, ixrac əməliyyatları üzrə 19 milyard 458 milyon 632  min dollarlıq ticarət qeydə alınıb. Nəticədə, illik 7 milyard 993 milyon 662 min manatlıq müsbət saldo yaranıb.

DEKABRDA İXRAC VƏ SALDO AZALIB

Dekabrda ixrac 1 milyard  540 milyon 165 min dollar, idxal 1 milyard 169 milyon 394 min dollar, müsbət saldo 370 milyon 771 min dollar təşkil edib. Noyabrda ixrac 1 milyard 947 milyon 901 min dollar, idxal 1 milyon 42 milyon 687 min dollar, müsbət saldo 905 milyon 214 min dollar təşkil etmişdi. Beləliklə, neftin qiymətinin düşməsilə əlaqədar olaraq ixrac azalıb və aylıq müqayisədə saldo 2,4 dəfə düşüb.
İXRACIN 91%-İ NEFT, QAZ VƏ NEFT MƏHSULLARI HESABINADIR

Ötən il Azərbaycanın 19 milyard 458 milyon  632 min dollarlıq ixracının 15 milyard 719 milyon 482 min dollarını (80.78%-ni) neft məhsulları, 1 milyard 499 milyon 385 min dollarını (7.71%-ni) təbii qaz və 520 milyon 600 min manatını (2.68%-ni) neft məhsulları təmin edib.