Əsas səhifə Biznes sahələri Texnologiya Gmail-də yeni AMP texnologiyası: bütün mesajlar interaktiv olacaq

Gmail-də yeni AMP texnologiyası: bütün mesajlar interaktiv olacaq

260
Paylaş

İstifadəçilər yeni bir səhifə açmadan anket doldura və ya şərhə cavab verə biləcəklər.

Google şirkəti, Gmail-ə “dinamik” mesajlar texnologiyasını yeridir. Onların köməyi ilə, istifadəçilər elektron poçt hesabını tərk etmədən Google Docs-da rəylərə və ya gələn bildirişlərə cavab verə biləcəklər.

Bir çox şirkətlər yeni texnologiyanı artıq sınaqdan keçirib – Booking.com, Nexxt, Pinterest və digərləri.

Bunlar sırasına OYO Rooms da daxildir – xidmətin göndərdiyi məktuba daxil olaraq, təklif olunan otellərə və icarə variantlarını nəzərdən keçirə bilərsiniz.

Dəyişiklər poçtun veb-versiyasına şamil olunur, gələcəkdə texnologiyanın tətbiqlərə də yeridilməsi planlaşdırılır. Gmail-dan başqa Outlook, Yahoo! Və Mail.ru kimi elektron poçt xidmətləri də yeni formatda fəaliyyət göstərəcəklər.

Gmail üçün nəzərdə tutulmuş Accelerated Mobile Pages (AMP), ilk dəfə 2018-ci ilin fevral ayında nümayiş olunmuşdu.