“Glovo” çatdırılma xidməti 169 milyon dollar cəlb edib. Səhmların ümumi məbləği 346 milyon dollardır

Date:

Paylaş:

“Glovo” kuryer daşıma xidməti D raundu çərçivəsində 169 milyon dollar cəlb edib. Səhmdarlar “Lakestar”,”Drake”, “Idinvest Partners” və “Korelya Capital” şirkətləridir.

Pullar nəyə xərclənəcək?

“Glovo”-nun pulları bir neçə istiqamətdə xərclənəcək. Şirkət texniki əməkdaşlar ştatını genişləndirmək istəyir və bunun üçün 300 IT – mütəxəssis yığmaq fikrindədir. Bundan başqa,xidmət qulluq katqeqoriyalarını da artırmaq istəyir, yəni təkcə qida daşınması deyil, kimyəvi təmizləmədən, spirtli içkilərdən, aptek məhsullarından və supermarket mallarından da çatdırılmanı həyata keçirmək niyyətindədir.

Sonuncu istiqamət çərçivəsində startap dark supermarkets aləti üzərində işləyir bu çərçivədə supermarketlər, özəl olaraq “Glovo” kuryerləri üçün 1000-ə qədər ad saxlayırlar. “Belə olan halda supermarketdən ərzaqların çatdırılması sifariş qeydə alınandan sonra 20 dəqiqə çəkəcək.Bu investisiyalar raundu dark supermarkets-in şirkət üçün əsas bazarlara çıxmasına şərait yaradacaq”-deyə, şirkətdə bildiriblər.

“Glovo” həmçinin yeni Cook Room-“silinmiş” mətbəx layihəsini də inkişaf etdirəcək. Xidmətin nümayəndələri qey ediblər ki, bugün onlar İspaniyanın bir neçə şəhərində belə mətbəxlər açıblar və şəbəkəni bütün dünya miqyasına çıxarmaq niyyətindədirlər.

“Glovo” mövcud olduğu zaman ərzində 346 milyon dollar investisiya cəlb edib. Startap 2015-ci ildə Barselonada yaranıb və hal-hazırda Ukrayna da daxil olmaqla, 23 ölkədə işləyir. Ukraynada “Glovo” 2018-ci ildə fəaliyyətə başlayıb və indi Kiyevdə,Dneprdə,Lvovda, Odessada və Xarkovda işləyir.

AIN.UA daha öncədən xəbər verib ki, AxDraft Ukrayna startapı 10 milyon dollar dəyərində 1,1 milyon dollar investisiya cəlb edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...