Əsas səhifə Biznes sahələri Texnologiya GitLab-ın dəyəri il ərzində iki dəfədən çox artıb – 2,75 milyard dollara...

GitLab-ın dəyəri il ərzində iki dəfədən çox artıb – 2,75 milyard dollara qədər

66
Paylaş

Qeyd edək ki, GitLab şirkəti 2020-ci ilin payızında birjaya çıxmaq fikrindədir.

GitLab əməkdaşlıq və saxlanc platforması 268 milyon dollar cəlb edib. Şirkət özü bildirib ki, raundun yekunu olaraq səhmdarlar onu 2,75 milyard dollar qiymətləndiriblər.

Bir ildə GirLab-ın dəyəri iki dəfədən də çox artıb: 2018-ci ilin sentyabrında şirkət 1,1 milyard dollar dəyərləndirm ilə 100 milyon dollar cəlb edib.

Son raundun əsas səhmdarları əvvəllər də GitLab-a yatırım edən Goldman Sachs və Iconiq Capital olublar. Bundan başqa maliyyələşmədə Y Combinator, Franklin Templeton, Tiger Global Management və digər səhmdarlar iştirak ediblər.

Startap, əldə edilən pulları platformanın bundan sonrakı inkişafına və işçi sayının artımına yönləndirəcək.

GitLab 2020-ci ilin 18 noyabrında IPO-ya çıxmağı planlaşdırır.