Əsas səhifə Hüquqi məsələlər “Gilan Holdinq”ə məxsus şirkətin bank hesabına həbs qoyulubmuş

“Gilan Holdinq”ə məxsus şirkətin bank hesabına həbs qoyulubmuş

34
Paylaş

“Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına boca görə həbs qoyulubmuş. Bildirək ki, şirkət “Gilan Holdinq”ə daxildir.

“MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Nəticədə məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.

Məhkəmə prosesi tam başa çatmamış, tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra “MET-AK” məhkəməyə müraciət edərək “Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, “Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəməklə bağlı  öhdəlik götürüb.

Fevralın 11-də keçirilən məhkəmə prosesində “Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.

Qeyd edək ki, “Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.