Startap baş direktorun dəyişməsi barədə də elan verib – bu vəzifəni eBay-ın keçmiş top-meneceri icra edəcək.
Geyilmiş krassovkaların satışı ilə məşğul olan StockX, C raundunda bir qrup investordan 110 milyon dollar cəlb edib. Onlar arasında rusiyalı milyarder Yuri Milnerin DTS Global fondu başda olmaqla, General Atlantic və GGV Capital vençur fondları vardır. Bu barədə Forbes yazır.
Raundun gedişində investorlar StockX-ı 1 milyarddan çox dəyərləndiriblər və bu da onu birinci edib. 2016-cı ildə yaradılmasından bəri isə şirkət 160 milyon dollar cəlb edib.
StockX, həm də şirkətin təsisçisi Josh Luberin baş direktor vəzifəsindən getməsi barədə də elan verib. Belə ki,onun yerinə əvvəllər eBay-in vitse-prezidenti olmuş və StubHub-da, eyni zamanda Nyu-York fond birjasında rəhbər vəzifə icra edən Scott Cutler gələcək. Luber şirkətin rəhbərliyində və direktorlar şurasında qalacaq.
StockX – nadir krassovkalar toplayıcıları ilə satıcıları arasında vasitəçidir. Xidmət hər əməliyyatdan 5 dollar həcmində komissiya alır. Hımçinin, tranzaksiya və ödəmələrə görə komissiyadan qazanır.
Recode mənbələri 2019-cu ilin aprelində, DTS Global-ın StockX-ın maliyyələşməsi raunduna başçılıq edəcəyi barədə məlumat veriblər. O zaman onlar bildiriblər ki, startap ən azı 1 milyard dollar qiymətləndiriləcək. Raundun dəqiq qiyməti açıqlanmayıb.