Əsas səhifə Şirkətlər “Gett” taksi xidməti Nyu-York-da biznesini dayandırır

“Gett” taksi xidməti Nyu-York-da biznesini dayandırır

93
Paylaş

“Gett” taksi xidməti Nyu-York-dakı  “Juno” xidmətinin fəaliyyətini dayandırması barədə elan verib. Bunun əvəzində şirkət ABŞ-da  korporativ daşınmalar həyata keçirəcək. Bu barədə “Gett”-in rəhbəri şirkətin bildirişinə istinadən öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, şirkət “Lyft” taksi sifarişi xidməti ilə strateji əməkdaşlıq imzalayıb: 2020-ci ildən xidmətin korporativ müştəriləri “Gett” tətbiqi vasitəsilə “Lyft” xidmətlərindən yararlana biləcəklər. Şirkət bütün Juno sürücülərini “Lyft” komandasına qoşulmağa çağırır.

Əməkdaşlıq “Gett” şirkətinə ABŞ –da gəlirli korporativ daşınmalar fəaliyyətini genişləndirmək imkanı yaradacaq – illik bazar həcmi 1 trln. dollar.