Şirkət 2020-ci ilə IPO planlaşdırır.
TechCrunch-ın yazdığına görə “Gett” taksi xidməti 200 milyon dollarlıq raundun bağlanması barədə xəbər verib – o öz səhmdarlarından kredit və investisiya şəklində pul cəlb edib.
“Gett”-in baş direktoru Dave Vaiser-in sözlərinə görə, çox güman ki, bu raund birjadan əvvəlki son raunddur və şirkət onu 2020-ci ilin birinci rübünə planlaşdırıb.Şirkətin rəhbərliyi açıqlama verib ki, hələ ki, “Gett” IPO-nun harada keçiriləcəyini bilmir, amma ola bilsin ki, o ya Londonda ya da Nyu-Yorkda baş tutacaq.
Vaiser-in sözlərinə görə,2019-cu ilin sonuna “Gett” əməliyyat mənfəəti əldə etməyi hesablayıb.
Şirkətin hazırki səhmdarları, eyni zamanda “Volkswagen”, Leonard Blavatnik-in “Access” şirkəti və başqaları yatırım ediblər.2018-ci ilin iyununda onlar “Gett”-ə 80 milyon dollar yatırım ediblər, indi isə daha 120 milyon dollar əlavə ediblər və raundu 200 milyon dollarla bağlayıblar.
2018-ci ilin sonunda alman KİV-i mənbələrə istinadən yazıb ki, “Volkswagen” öz səhmlərini “Gett”-ə yazır, belə ki, xidmət səhmdarın gözləntilərini doğrultmayıb və onlayn-taksi çağırışı bazarında əhəmiyyətli pay əldə edə bilməyib. Vaiser bunu pis jurnalist əməyi kimi qiymətləndirib və qeyd edib ki, son raundda “Volkswagen” yenidən “Gett”-ə yatırım edib.