Əsas səhifə Biznes George Clooneydən milyard dollarlıq şirkət satışı

George Clooneydən milyard dollarlıq şirkət satışı

928
Paylaş

Məşhur aktyor George Clooneyin iki dostu ilə birlikdə yaratdığı tekila şirkəti Casamigos 1 milyard dollar qarşılığında Diageo’ya satılıb.

Clooney 2013-cü ildə iki dostuyla birlikdə tekila şirkəti Casamigosunu qurmuşdular. 4 il ərzində spirtli içki bazarında öz yerini tutan və indiyə kimi 120 min ədəd satış reallaşdıran şirkət yeni sahibini tapıb. Şirkət 1 milyard dollara satılıb. Şirkətin yeni sahibi isə ingilis nəhəngi Diageo oldu.

İngilis spirtli içki istehsalçısı Diageo Casamigos ilə şəbəkəsini daha da genişləndirib.

Casamigos Satış müqaviləsinin Detalları

1 milyard dollara satılan Casamigos’un tərəflər arasındakı razılaşmasına görə ilk etapda 700 milyon dollar nağd olaraq ödənəcək. Geri qalan 300 milyon dollar isə markanın qarşıdakı 10 il içərisində göstərdiyi performansa görə dəyərləndiriləcək.