Əsas səhifə Xəbərlər Xarici xəbərlər “General Motors” 2,2 mlrd. dollar xərcə düşəcək

“General Motors” 2,2 mlrd. dollar xərcə düşəcək

41
Paylaş

General Motors şirkəti Detroytdakı zavodunda yenidənqurma işləri həyata keçirəcək. Bu zavod şirkətin onlar üçün ancaq elektrik avtomobilləri və batareyalar istehsal edən ilk müəssisəsi olacaq. Bunu şirkətə istinadən Forbes xəbər verir. Bu, General Motors-a 2,2 mlrd. dollara başa gələcək.

Zavodda elektrik pikaplar, yolsuzluq avtomobilləri və bu yaxınlarda anonsu verilmiş pilotsuz Cruise Origin avtomobili istehsal olunacaq. Şirkətdən bildiriblər ki, istehsal 2021-ci ilin ikinci yarısında başlayacaq.

Qeyd edək ki, zavod 1985-ci ildə açılıb. Hal-hazırda orada 900 əməkdaş bir növbəli işləyir. Amma yenidənqurma başa çatandan sonra zavodda 2,2 min adam bi neçə növbə üzrə işləyə biləcək.

Bundan başqa, zavodda CT6 və Chevrolet Impala maşınları yığılır, amma yaxın həftələrdə onların istehsalı dayandırılacaq.