Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Gender bərabərliyi haqqında miflər: əməkdaşların cəmi 7%-i qadın rəhbərə üstünlük verirlər

Gender bərabərliyi haqqında miflər: əməkdaşların cəmi 7%-i qadın rəhbərə üstünlük verirlər

104
Paylaş
Through the window shot of a young businesswoman looking at sticky notes

Qeyd edək ki, hər şeydən əvvəl qadınların özləri digər bir qadını rəhbər kimi görmək istəmirlər. Bunu Ernst & Young araşdırması göstərib.

Ernst & Young auditor-konsaltinq şirkəti 2019-cu ilin avqustunda əhalisinin sayı milyonluq olan şəhərlərdən 1082 nəfər adam arasında sorğu keçirib və məlum olub ki, hal-hazırda 56% əməkdaş kişi, 33% isə qadın rəhbərin idarəçiliyi altında işləyir. Bununla belə, qadınlar ancaq qadın kollektivinə rəhbərlik edirlər və nadirən kişiləri idarə edirlər. Sorğuda iştirak edən kişilərin cəmi 12%-i rəhbərlərinin qadın olduğnu bildirib, qadınlar arasında isə bu göstərici 44% təşkil edib.

Araşdırmanın nəticələri göstərib ki, kişilərin qadın rəhbərin idarəçilyi altında işləmək istəməməsi ilə bağlı fikirlər səhvdir. Əslində elə qadınlar öz həmcinslərinin rəhbərliyi altında işləməyi istəmirlər. Fikri soruşulan qadınlardan 49%-i kişi rəhbərə və yalnız 7%-i öz həmcinsinə üstünlük verib.

Qadın kollektivində isə demək olar ki, heç kim işləmək istəmir. Bu baxımdan, ancaq 9% respondent  qadın sayı çox olan komandaya qoşulmağa hazırdır, 28% isə kişi kollektivini üstün tutur. Bundan başqa, kişi kollektivinə də kişilərin özlərindən daha çox qadınlar can atır. 37% respondent işdə gender bərabərliyi baxımından balansın olmasına üstünlük verir.