Çinin avtomobil istehsalçısı “Geely”, Almaniyanın avtomobil istehsal şirkəti “Daimler”dən aldığı 9.7%-lik payının yarısını satacağına dair iddiaları təkzib edib.
“Bizplus.az””Channel NewsAsia”nın xəbərinə görə bildirir ki, söz mövzusu iddiaların yalan olduğunu açıqlayan “Geely”, keçən il “Daimler”in səhmlərinin 9.7%-ini satın alaraq bir Çin şirkətinin etdiyi ən böyük sərmayələrdən birinə imza atdıqlarını qeyd edib.
“Geely” və” Daimler”, 2018-ci ilin Oktyabr ayında Çində bir ortaq avtomobil istehsal etmək üzərində çalışdıqlarını açıqlamışdı.