Gates’lər fondunun 20 illik yubileylə bağlı ianə məktubu

Date:

Paylaş:

Bill və Melinda Gates-lər öz ianə fondlarının 20 illik fəaliyyəti ilə bağlı yubiley məktubu dərc ediblər. Onlar fondun bu müddət ərzində nə qədər məbləğdə ianə etməsi və yaxın gələcəkdə hansı problemlərin həlli ilə məşğul olacaqları barədə məlumat veriblər.

Yubiley məktubunda bildirilir ki, fondun yarandığı 2000-ci ildən bugünə kimi dünyamız çox dəyişib: 2001-ci il 11 sentyabr terror aktı, 2008-ci il maliyyə böhranı və sosial şəbəkələrin yaranması. Məktubda qeyd olunur ki, amma istənilən halda elə bugün də fondun iş fəaliyyətinin əsasında “hər kəsin məhsuldar və sağlam həyat yaşamağa layiq olması” ideyası dayanır.

Bu ideya uğrunda Bill və yoldaşı Melinda 20 ilə 53,8 mlrd. dollar pul xəcləyiblər. Burdan 45% qlobal inkişafa, 29% səhiyyə sahəsinə, 16% ABŞ daxilində təhsil proqramlarına və daha 10% digər xeyriyyə məqsədlərinə ayrılıb.

Amma fondun ilk ianəsi “ bütün dünyada sağlamlıqla bağlı ədalətsizliklərin həllinə” yönəlib. Fond əsasən Ümumdünya Səhiyyə Təşkilatı, Dünya bank və Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın yaranması üzrə UNİCEF-lə birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq nəticəsində 2019-cu ildə bütün dünyada 760 milyonda çox  uşaq peyvənd olunur və beləcə 13 milyon insan ölümünün qarşısı alınır.

Bundan başqa, 2018-ci ildə 19 milyona yaxın adam HİV virusuna qarşı fonddan yardım alır.

20 illik fəaliyyət Gates-lərin səhiyyə və təhsil sahələrində işləməklə bağlı qərarlarını daha da qətiləşdirib. Amma onlar daha vacib iki problemin olduğunu da bildiriblər. Bill üçün bu, iqlim dəyişikliyi, Melinda üçünsə gender bərabərliyidir. Bunlar növbəti 20 ildə fondun qarşısında duran məsələlərlə bağlı vəzifələrdir.

Birinci prolemin həlli üçün fond, karbon tullantılarının azaldılması texnologiyalarını inkişaf etdirməyi, kasıb ölkələr üçün daha ucuz və ekoloji enerji mənbələrinə çıxışı təmin etməyi, əhalinin fermerlər kimi bu qrupdan olan digər həssas təbəqələrini iqlim dəyişikliyinə uyğunlaşdırmağı planlaşdırır.

Gender bərabərliyi üçünsə Melinda Gates-in sözlərinə görə, qadınlarn rəhbər vəzifələrdə sayını artırmaq lazımdır. Bundan başqa, qadınların üzləşdiyi zorakılıq, əməyin istismarı kimi halların da qarşısının alınması vacibdir.

Gates-lər xeyriyyəçiliklə bağlı rollarının təkcə innovasiyalara dəstəkdən ibarət olmadığını bilirlər. Belə ki, yeniliklərin icrasında qarşıya çıxan problemlərin həllində tərəfdaşlarla birgə işləməyi də düşünürlər.

Qeyd edək ki, Forbesin hesablamasına görə, hal-hazırda  Bill Gates-in sərvəti 112,4 mlrd. dollar təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...