Son vaxtların fenomen serialı olan “Game of Thrones” maraqlı serial olmaqla yanaşı, həm də yeni biznesə başlayanlar üçün öyrədici bir serialdır. Biraz diqqətlə baxsaq, “Game of Thrones”-da olan hadisələr və müəyyən məqamları biznes dünyası ilə əlaqələndirə bilərik. Bu məqamları bir araya topladıq.
Rəqabət üstünlüyünün əhəmiyyəti
Khalisinin əjdahaları (draqonları) onun rəqabət üstünlüyüdür. Barateonun “Qırmızı kahin”-i var. Lannisterlərin pulu və reputasiyası var.
Hər birinin öz rəqabət üstünlüyü var: istər maddi, istər mənəvi. Bu rəqabət üstünlüyü onlara məqsədlərinə çatmaqda bir növ lokomotiv qismində çıxış edirlər.
Bazar birinciliyi “sürüşkəndir”, diqqətli olmasan yıxılarsan
“Game of Thrones”-da krallar bir birini tez-tez dəyişir. Bu “oyun”-da ilk yeri hər kəs qazana bilər, sadəcə biraz əmək sərf etmək gərəklidir. Lakin bazar birinciliyini itirmək qazanmaqdan fərqli olaraq daha asandır – sadəcə biraz diqqətsizlik və rahatçılıq bəsdir. Buna görə də diqqətli olmalı, daim öz üzərinizdə çalışaraq inkişaf etməlisiniz ki, bazar birinciliyini saxlayasınız. Əks təqdirdə sizdə krallar kimi min bir əziyyətlə sahibləndiyiniz taxt-tacı, bir gündə itirə bilərsiniz.
Böyük hədəfə kiçik addımlar ilə gedin
Böyük işləri görmək üçün ilk növbədə kiçik addımlar atın. Məsələn, Game of Thrones`in baş qəhramanlarından biri Khalisi belə edir. Onun strategiyası bu alt başlıq üçün əla nümunədir. Onun böyük məqsədinə gedən yolda kiçik hədəfləri var. O yavaş-yavaş güc yığır, ordusunun sayını artırır, özünə yaxın şəxslərin sayını artırır.
Bir anda böyük ovu ovlamaq istəsəniz, sonu yaxşı olmaya bilər. İtirməsəniz və müəyyən hallarda qazansanız belə, bu isə böyük güc israfına başa gələcək. Belə olan halda isə bir növ xərci xeyrini qarşılamamış olacaq.
Hədəf kütlənizi araşdırın, onların tələbatlarını müəyyən edin
Yenədə ən yaxşı nümunə Khalisidir. O bir şəhəri ələ keçirmək istəyəndə, ilk növbədə həmin şəhərin sakinlərini araşdırır, onları öz tərəfinə çəkir. Marketinq dili ilə desək Khalisi hədəf kütləsini araşdırır, onların tələbatlarını öyrənir. Belə şəhəri ələ keçirmək dəfələrlə asanlaşır. Siz də bu nümunədən istifadə edərdək, öz biznesinizin inkişafında böyük sıçrayışa nail ola bilərsiniz.
Heç kəsə güvəməyin
Game of Thrones`in demək olar ki, hər bir seriyasında satqınlıq halları baş verir. Bu isə heç kəsə inanmamağı, daha diqqətli olmağı öyrədir. Ətrafınızdan ehtiyyatlı olun, biznesdə hər kəsə güvənməyin.
Borclarınızı vaxtı-vaxtında ödəyin
Burada yalnızca Lannisterlər ailəsinin ideologiyasını nümunə gətirmək kifayətdir: “Lannisterlər hər zaman borclarını ödəyirlər.” Seriala davamlı baxanlar bunu daha yaxşı anlayarlar.