“Galaxy S11” qidanın köhnə, dərmanın saxta olmasını ölçə biləcək

Date:

Paylaş:

Gələn ilin fevral və ya mart aylarında tanıdılması gözlənilən “Samsung”un flaqman smartfonu “Galaxy S11” ilə bağlı yeni patent müraciəti ortaya çıxıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, patentə əsasən “Galaxy S11” insan dərisidən onunla bağlı bir sıra fərqli qiymətləndirmlər həyata keçirə biləcək.

Belə ki, “Samsung” növbəti smartfonlarını spektrometr ilə təchiz edəcək ki, bu da smartfona istifadəçilərin dərisindəki nəm tərkibi, şəkər, yağ və digər qida dəyərlərinə qədər hər şeyi ölçməyə imkan yaradacaq.

Əslində, bir cismin tərkibini təyin etmək üçün kimyəvi maddələri sadalayan və ölçən bu yeni sensor yağlar, zülallar və karbohidratlardakı fərdi qidaların dəqiq miqdarını sizə izah edə biləcək. Bu da istifadəçilərə bir məhsulun nə qədər təzə olduğu barədə fikir verəcək.

İnfraqırmızı spektrometr tibbi dərmanların saxta olub-olmadığını da müəyyənləşdirməyə kömək edəcək. Patent vasitəsilə “Samsung” 3D üz tanıma xüsusiyyətini də cihazlarına inteqrasiya edə biləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...