Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri G-20 kriptovalyutaların tənzimlənməsi məsələsini müzakirə edəcək

G-20 kriptovalyutaların tənzimlənməsi məsələsini müzakirə edəcək

175
Paylaş

Böyük İyirmiliyin iştirakçıları Yaponiyanın Fukuoka şəhərində 8 və 9 iyun tarixlərində görüşəcəklər. İclasda mərkəzi bankların və maliyyə tənzimləyicilərinin nümayəndələri iştirak edəcəklər. Tədbir çirkli pulların yuyulmasına və terrorizmlə qarşı mübarizəyə dəstək verən hüquqi sistemin yaradılmasına həsr olunacaq.

Ehtimal olunur ki, bu ölkələrin gələcək siyasəti kriptovalyutaların anonimliyinin aradan qaldırılmasına yönəldiləcəkdir.

Bu tendensiya istisnasız bütün ölkələrin siyasətində müşahidə olunur. Bir neçə ildən sonra, anonim olaraq kriptovalyutanı yalnız qanunsuz saytlarda əldə etmək mümkün olacaq, hansıların ki təhlükəsizliyi heç kim tərəfindən təmin edilmir.

Bir tərəfdən, bunun öz üstünlüyü vardır: cinayətkarların kriptovalyutalar vasitəsilə pulları yuyulması həqiqətən də çətin olacaq. Digər tərəfdən, anonim olmayan kriptovalyutalar üstünlüklərdən birini itirmiş olur.

G20 2017-ci ilin sonundan başlayaraq kriptovalyutalara maraq göstərməsinə baxmayaraq, bu istiqamətdə hələki heç bir real addım atılmamışdır.