Uzun illərdir ki Silikon Vadisi bir növ “güc yeri” sayılır – texnoloji və innovativ şirkətlər üçün cazibə mərkəzi. Lakin sənaye nümayəndələri deyirlər ki, hal-hazırda “texnoloji Məkkə” nin üstünlüyü get-gedə zəifləməyə başlayır.
Silikon Vadisində çalışan 300 nəfər arasında keçirilmiş sorğu göstərib ki, respondentlərin 49% -i San-Fransisko körfəzindən kənardakı ərazilərin innovasiya mərkəzinə çevrildiyini gözləyir. Texniki işçilərin (74%) gözləntilərinə görə, Çin növbəti beş ildə Silikon Vadisinin liderliyinin əsas rəqibinə çevriləcək.
Brunsvik qeyd edir ki, texnologiyalar sahəsində iş yerlərinin artmasına baxmayaraq, ötən il ilə müqayisədə istedadlı gənc işçi tapmaq daha çətindir. Bu, gənc nəsil texniki işçilərin Silikon Vadisi xaricində iş axtarması ilə də bağlı ola bilər – 18 yaşdan 34 yaşa qədər olan respondentlərin 41% -i gələn il onu tərk etməyi planlaşdırdıqlarını söyləyib.
Bu sənayedə artan rəqabətə baxmayaraq, Silikon Vadisi ilə bağlı optimistik proqnozlar hələ də geniş yayılmışdır. Texniki mütəxəssislərin yarıdan çoxu şirkətlərində artım gözlədiklərini və Silikon Vadisinin ən yaxşı günlərinin hələ də qabaqda olduğunu söyləyiblər.