Gənc yaşlarında fərqlənməyi bacaran 5 startupçı

2
1243
Fikirlər və xəyallar sizi ayaqda saxlayan yeganə şeylərdir. Öz fikirləri və xəyalları ilə fərqlənməyi bacaran gənc təşəbbüskarları tanıyaq:

1) Milan Kordestani

hnk446 - Yaşın Sadece Bir Sayı Olduğunu Kanıtlayıp Fark Yaratan 4 Genç Girişimci
Milan hal-hazırda 19 yaşındadır və Milan tarlalarının qurucu rəhbəridir. 2015-ci ildə heyvan və 100 faiz orqanik qidalar yetişdirmək üçün bu tarlanı qurdu. Əsl məqsədi qidaların daha orqanik olmasını təmin etmək idi.
ggb9je - Yaşın Sadece Bir Sayı Olduğunu Kanıtlayıp Fark Yaratan 4 Genç Girişimci
Hal-hazırda ən bahalı bitkilərdən biri hesab edilən zəfəranın satışını bir çox ölkədə həyata keçirir.

2) Rachel Zietz

d64uz9 - Yaşın Sadece Bir Sayı Olduğunu Kanıtlayıp Fark Yaratan 4 Genç Girişimci
Rachel Zietz bəyəndiyi geyimləri tapmaqda çətinlik çəkdiyi üçün öz mağazasını qurdu. Hələ 13 yaşında Gladiator Lacrosse adlı pərakəndə mağazası var idi.  Şirkətin ilk il satışları 200 min dollara qədər çatmışdı və 1 milyon dollara qədər hədəfi var idi. Zietz bu uğuru ilə Time jurnalında 2016-cı ilin ən uğurlu gəncləri siyahısında yer alıb.

3) Ben Pasternak

govm44 - Yaşın Sadece Bir Sayı Olduğunu Kanıtlayıp Fark Yaratan 4 Genç Girişimci
Ben Sidneydə doğulub və hazırda 20 yaşı var. Məktəbdə oxuduğu müddətdə sosial mediya şirkəti Monkeyi qurub. Daha sonra 2 mobil oyun da yaradan Ben Fortune jurnalının Dünyanı dəyişdirən gənc innovator siyahısında yer alıb. Onun mobil tətbiqi Monkeyin 3 milyondan çox istifadəçisi var.

4) Haile Thomas

pnlers - Yaşın Sadece Bir Sayı Olduğunu Kanıtlayıp Fark Yaratan 4 Genç Girişimci
12 yaşı olanda atası şəkər xəstəsi olduğu üçün bir sıra dərmanlardan istifadə etməsi lazım idi. Ancaq bu dərmanların bir sıra yan təsirləri var idi və onun sağalma müddəti daha da uzanırdı. Haile Thomas bu mövzularda sənədli filmlər izləməyə başladı. Daha sonra Happy adlı startup yaratdı. Happy 6-13 yaş arası uşaqlar üçün yemək dərsləri, məlumatlandırma mərkəzləri və yay kampları təşkil edir. Bu startupıyla Thomas Michell Obamanın qonağı oldu və TEDx tədbirlərində spiker kimi iştirak etdi.

Reyhan Camalova

Azərbaycanlı gənc startapçı. O, 2017-ci ildə qurulan Reynerci startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.

Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti 2017” “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib. Reyhan Camalova həmçinin bildirib ki, “Rainergy” qurğusunun tətbiqi üçün artıq sponsor təklifi alıb.

2 COMMENTS