Gənc yaşda milyoner olmaq üçün etməyiniz lazım olan 5 şey

Date:

Paylaş:

Milyoner statusuna çatmaq üçün Mark Zukerberq, ya da “Apple” CEO-su olmağınıza ehtiyac yoxdur. Əslində insanlarda milyoner olmaq üçün bir ömür işləməyin lazım olduğu kimi düşüncələr hakimdir. Bəs milyoner statusunu daha tez əldə edə biləcəyinizi desək? Bəlkə 30 yaşlarınızda? İstək və əzmi ağıllı şəkildə qəbul edilən maliyyə qərarları ilə birləşdirin və milyoner olmaq üçün lazım olan keyfiyyətlərə sahib ola bilərsiniz… pensiyadan öncə.

Zənginliyə gedən yol ağıllı iş strategiyaları və məsuliyyətli maliyyə qərarları ilə döşənmişdir. 7 rəqəmli sərvətə çatmağınıza imkan verəcək və gündəlik həyatınızda tətbiq edə biləcəyiniz sadə, amma güclü üsullara nəzər yetirin.

1. Birdən Çox Gəlir Qaynağı Yaradın

Gəlirinizi artıra biləcəyiniz fürsəti tapın. Çox pul qazanmaq deyiləndən daha çətin, amma əlavə pul qazana biləcəyiniz bir neçə yol tapsanız, xalis sərvətinizi daha sürətli böyüdə bilərsiniz. Sıfırdan milyoner olmuş insanlar üzərində aparılan 5 illik bir araşdırmada yazıçı Tomas Koli (Thomas Corley) milyonerlərin çoxunun 3 və ya daha artıq gəlir mənbəyi olduğunu kəşf etdi.

Bir az araşdırma edib və maliyyə məsləhətçisi dinlədikdən  sonra, birjaya investisiya edə bilərsiniz. Birjanın enib-qalxmağı var, bunlarla məşğul olarkən uzun perspektivli düşünün.

Əgər sahibkar ruhunuz varsa, öz işinizi qurun və sizi həyacanlandıran proyektlər üzərində çalışın.

Əgər sevdiyiniz və “özüm də istifadə edə bilərəm” dediyiniz bir şey istehsal etsəniz, bu məhsulları internet maqazin (və ya instaqramda bir hesab da kifayətdir) vasitəsi ilə satın.

2. İnvestisiya Edərək Pulun Üstünə Pul Qazanın

İnvestisiya edərək qənaət etdiklərinizi artırmağı düşünün.

Əgər hər ay gəlirinizin bir qismini kənara qoysanız, ona toxunmağı ağlınızdan keçirtməz və onsuz yaşamağı öyrənərsiniz.

Bir az artıq qazanmağa başladığınızda və qənaət etdiyiniz pulun miqdarı artdığında, yeni bahalı avtomobil və ya bahalı brendlərdən olan geyimləri almaq sizə cəlbedici gələcək. Bunlar gələcək üçün qənaət etdiyiniz pulun əriməsinə səbəb ola bilər.

Əziyyətlə qazandıqlarınızı bir neçə böyük alış-verişə pul tökərək yox olmasına icazə verməyin. Qərarlı və fokuslanmış insanlar pulu saxlamağa meyllidirlər, buna görə də iş əxlaqınızla hörmət qazanmağınıza çalışın, aldığınız dəbdəbəli şeylərlə deyil.

3. Öyrənməyə Davam Edin.

Gələcəyinizə olan investisiya ən etibarlısıdır. Plan hazırlayın, məqsədlər müəyyənləşdirin, kitab oxuyun, podcast-lar dinləyin. Zehninizi sizi hədəflərinizə daha sürətli və etibarlı şəkildə çatdıracaq məlumatlarla genişləndirin. Təhsilinizi və professional inkişafınızı irəli apararaq özünüzü digərlərindən ayırın. Ən ağıllı insan olmağınıza ehtiyac yoxdur, sadəcə ən yaxşı hazırlaşan olun.

Gələcəyinizi planlaşdırmaq üçün zaman və enerji ayırın, necə inkişaf edə biləcəyinizi öyrənin.

4. 10 Milyon Dolları Hədəfləyin, 1 Milyon Dolları Deyil

İnsanların əksəriyyəti varlı olmağın onlardan asılı olmadığını düşünür, amma varlı insanlar maliyyə hədəfləri üçün durmadan çalışdıqlarında pulla bağlı gələcəklərinin öz əllərində olduğunu anlayırlar. Pul ilə bağlı düşüncə tərzinizi dəyişdirdiyinizdə, milyoner ünvanına gedən yolu daha açıq görərsiniz.

Varlı olmaq və varlı qalmaq istəyirsəniz, bunu bir prioritet halına gətirin. Uğurlu olmaq üçün çalışanlar və pozitiv düşünənlər maliyyə hədəflərinə çatmağa daha yaxın olarlar.

5. İlham Aldığınız İnsanlarla Bənzər Hədəflərə Sahib olun

Əgər ətrafınızda böyük xəyallarınızın arxasından getməyiniz məsələsində cəsarətinizi sındıran insanlar varsa, onları görməməyi öyrənməyiniz lazımdır. Onlara səhv olduqlarını sübut edin, amma bu məsələdə təvazökar olun. Nəticələriniz kəlimələrinizdən daha təsirlidir.

Həqiqət budur ki, milyonerlər pul haqqında çox insandan fərqli düşünürlər, ona görə ətrafınızda bənzər düşüncəyə sahib, çalışqan insanlar olsun. Ətrafımızdakı insanlara oxşayırıq, ona görə şübhə edənlər və inanmayanlardan uzaq durun.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...