Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı – “Rabitəbank” ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası iş təcrübəsi olmayan gənc namizədləri dəvət edir:
• Müştəri xidməti sahəsi Baş ofis, Bakı şəhəri və rayon filialları (əməliyyatçılar, müştəri xidmətləri təmsilçiləri)
• Təşkilatçılıq və kargüzarlıq sahəsi (mütəxəssislər, rəhbər assistentləri)
Vakansiyalar üzrə tələblər:
• Ali təhsil
• Mükəmməl dil bilikləri: Azərbaycan, Rus, İngilis (upper-intermediate)
• Kommunikasiya qurma bacarıqları
• Microsoft Office proqramlarında işləmə bacarığı
• İşgüzar xarici görünüş
• Tez öyrənmə qabiliyyəti
• Analitik düşüncə tərzi
Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Mailın başlıq hissəsində müraciət etdiyiniz sahəni göstərməyi unutmayın.
*Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan, ilkin seçimdən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.
Bütün gənclərimizə bol şanslar diləyirik!