Gənc biznesmen: “Bu kitabı oxumaqla dəyişildim və böyük düşüncəli biri oldum”

Date:

Paylaş:

Barat Əlizadə 1994-cü ildə Aprel ayının 12-də Astara rayonunda anadan olub. 7-ci sinifə qədər Astara rayonu rus məktəbində oxuyub. Sonradan isə Lənkəran liseyinə daxil olub, Bakı Özəl Türk Liseyinin Lənkəran filalından məzun olub. Xəzər Universiteti Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) fakültəsinin məzundur. hal-hazırda fəaliyyətini özünün təsis etdiyi “İnterforce Turizm Şirkətində” davam etdirir.

Çox rəqabətli bir sahədə biznes qurmusunuz, çətin deyilmi digər şirkətlərlə rəqabət aparmaq?

  • Xeyr, çətin deyil. Güclü motivasiyası, istəyi, inamı, və gücü olan heçbir insan üçün dünyanın ən ağır işi belə çətin deyil. Əgər kimsə üçün bəzi şeylər çətindirsə, ümumiyyətlə, o insan güclü belə deyil.

Necə oldu öz işinizi qurmaq qərarına gəldiniz, özü də turizm sektorunda?

  • Əslinə INTERFORCE Turizm Şirkəti mənim ilk işim deyil, sadəcə rəsmi şəkildə mənim olan ilk turizm şirkətimdir. Turizm biznesinə başlamağım bir az ailəvi dostumun sahəsində oldu. O keçmiş şirkətimin sahibi idi və məni bu biznesə yönəlməyim üçün bir çaya dəvət etmişdi. Bu biznesə qoşulmağım üçün 1 dəqiqə düşünməyim belə kifayət etmişdi. Yarı-yarı ortaqlıq və Rəhbərlik təklif edilmişdi çünki. Mən də çox gözəl fikirlərlə və hisslərdə dostumun və yarı-yarı mənim olan ilk turizm şirkətinə qoşuldum. Və, turizm biznesi haqqındakı biliyimi ilk orda formalaşdırdım. Bir müddət sonra oradan bəzi şəxsi səbəblərə görə ayrılmalı oldum və götürdüyüm işçiləri yarı yolda buraxmamaq üçün, həm də ki bir işin arxasıyca sona qədər getməli olduğumu düşündüyüm üçün, heç vaxt itirmədən yeni bir turizm şirkəti açdım. Bu dəfə hər şeyiylə yalnız mənim olan..

İşə nə qədər investisiya ilə başlamısız?

  • Əslində indi lisenziyanın ləğv olunmasıyla turizm biznesi qurmaq xeyli asanlaşıb. Amma ətrafa nəzər salsanız, heç də yeni yaradılan şirkətlərdə xidmət sahələrinin genişliyini görə bilməzsiniz. Əksəriyyət yeni yaradılan şirkətlər sadəcə rəsmi şəkildə MMC olsunlar deyə hüquqi şəxs alırlar. Və çoxları da, demək olar ki, daxili turlardan başqa xidmət göstərmirlər və ya göstərsələr belə bunlar məhdud səviyyədə olur. Amma, böyük şirkət qurmaq istəyən hər bir insan bilir ki, işi başlamaq üçün çox pul lazım olmasa da, işi davam etdirmək üçün investisiya böyük şərtdir. Reklam, şirkətin xaricdə tanıdılmasına xərlənən pul, işçilərə veriləcək pul, ofisə, avanadlıqlara, sistemlərə veriləcək pulları nəzərə alsaq çox insanın düşündüyü qədər asan bir iş deyil şirkət qurmaq.

Bundan öncə hər hansı biznesiniz olubmu?

  • Bəli, turizm biznesi ilə məşğul olmazdan əvvəl bir müddət Quru Meyvə Topdansatışı və Pərakəndəsi ilə məşğul oldum. Ümumiyyətlə biznes sahəsinə universitet vaxtlarından həvəs yarandıqdan sonra bir çox sahələrdə özümü sınamağa çalışdım. Halbuki, Filologiya oxuyurdum. Amma, çox sahəyə baş qoşsam da bir nəticə vermədi o zamanlar. Amma qərarlıydım, bir biznes quracaqdım, və heç bir kəs Allahdan başqa məni yolumdan döndərə bilməzdi. Elə də oldu. Allah da bunu istəyirdi ki, doğulduğum rayonda bir iş adamının sayəsində biznes həyatına atıldım və İrandan Quru Meyvə gətirməyə və həm də öz mağazamda satmağa başladım. 7 aylıq unudulmaz bir macəra yaşadım. Bam&Bella mağazası, mənim həyatımda bir iz qoydu. Amma, 7 aylıq bir müddətdə eynilikdən sıxıldığım üçün, mağazanı bağlayıb sırf topdansatış işinə baş qoşmaq istədim. Buna gərək qalmadan, bir az sonra Allahın yardımı ilə, turizm sahəsinə atıldım. Amma bu günki uğurlarımı o quru meyvə işinə borcluyam.

Gənc yaşda şirkət rəhbəri olmaq çox məsuliyyətli və çətindir yəqinki. Çətin anlarda sizi nə motivasiya edir?

  • Məsuliyyətli olmağa qalsa, dünyadakı heç bir biznes məsuliyyətdən yan keçə bilməz. Heç bir şirkət sahibi deyə bilməz ki, çox çalışmadan, çətinlikləri aşmadan güclü bir biznes qura bilib. Əgər bir biznes sahibisənsə, işində möhkəm və davamlı olmağı gözə almalısan. Təbii ki, işimdə çətinliklərlə üzləşirəm. Amma, möhkəm xarakterim sayəsində bu çətinliyi hər kəsə göstərmək yerinə, gecə saat 1 və ya 2-lərə qədər çalışıb, vuruşub o maneəni aradan qaldırıram. İşimdə son dərəcə möhkəm, iradəli və qarşısıalınmazam. Elə, həyatda olduğum kimi.. (gülür)

Şirkətinizdə neçə nəfər çalışır?

  • İndi ofisimizdə 4 nəfər çalışırıq. 2 outgoing üzrə, 1 incoming üzrə menecerimiz var. Digər bir işçi isə mən özüməm. Şirkətim yeni yarandığı gündən etibarən işimə can qoyuram. Və şirkətimin və ya ofisimizin hər bir zərrə kvadratmetrində mənim nəfəsim var. Və demək olaraq sırf 6 xidmət sahəsi ilə şəxsən özüm məşğul oluram. Bundan əlavə şirkətimin bütün SMM, Reklam işlərini də şəxsən özüm aparıram. Ancaq, doğrusunu demək gərəkirsə, gələcək bir neçə aydan sonra 3-4 işçi ilə də yollarımı birləşdirmək və boynumdakı bir neçə yükü azaltmaq fikirlərim də var.

Sizi digər turizm şirkətlərindən fərqləndirən əsas cəhətlər nələrdir?

  • Digər turizm şirkətlərinin əksəriyyətində 3-4 xidmət sahəsi olduğu halda, bizim şirkət 10 xidmət sahəsi ilə bazara daxil oldu. Hər zaman böyük düşündüyüm üçün, böyük başlamağa qərar verdim və standart turizm şirkətlərinin olduğu kimi sadəcə daxili və xarici turizm, otel rezervi, və aviabiletlər deyil, rent a car, transfer, sığorta, viza dəstəyi, xaricdə təhsil, xaricdə müalicə sahələrini də şirkətimizə daxil edərək fəaliyyətə başladıq. İndi INTERFORCE TOURISM COMPANY Azərbaycanda ən çox xidmət sahəsi ilə fərqlənən sayılı turizm şirkətlərindən biridir.

Yeni yaradılan şirkət üçün əsas çətinliklər nələrdir?

  • Əsas çətinlik güclü bir kollektiv yaratmaq çətinliyidir. Xaraktercə çətin biri olduğumu qəbul edirəm. Düzdür ki, çətin xarakterim sayəsində bir çox itkilərim olub. İstər iş, istərsə də şəxsi həyatımda. Amma, bunu mənim bir üstünlüyüm kimi qəbul etmişəm həmişə. Kimləri itirmişəmsə, onlar getmək üçün gələnlər olub. Odur ki, istəyirəm istər şəxsi həyatıma, istərsə də iş həyatıma getmək üçün gələn heç bir insanı qəbul etməyim. Mənimlə birlikdə çalışan hər bir insan mənə bağlı qalmalıdır. Bu kollektivi də tapdığıma inanıram. Və artıq 3 mükəmməl işçi ilə yox, 3 mükəmməl insan ilə çalışıram.

Gələcək hədəfləriniz nələrdir?

  • Dediyim kimi, mənə motivasiya verən ən böyük şey, məndən yüksəkdə kimsə varsa, ona çatmaq arzusudur. Paxıllıqdan, nifrətdən, eqoizm və ədəbsizlikdən tam anlamıyla uzağam və tam anlamıyla gözəl bir rəqabət aparmaq aşiqiyəm. İnsanların gəldiyi mövqeyə daha qısa zamanda çatmaq mənim ən böyük arzularımdan biridir. Şirkətimi də yüksəklərə qaldırmaq və şirkətimizdə daha çox iş yeri yaratmağı çox istəyirəm. Qısa zaman üçün hədəfim, 33 kvadrat metrdən ayrılıb 133 kvadrat metr bir yerə köçə biləcək qədər güclü bir işə çevrilməyimizdir. Uzaq məqsədimi soruşursunuzsa, 1333 kvadrat metrdən də yüksək arzularım var. (gülür)

Öz biznesini qurmaq istəyən insanlara nə kimi tövsiyyələr edərdiniz?

  • Mən bir kitabla başlamışdım. Düşün və Varlan –la. Napoleon Hill sayəsində mən bu günki Barat Əlizadəyəm. 2015-ci il Yanvarın 26-sı günü bu kitabı oxumaqla dəyişildim və böyük düşüncəli biri oldum. Çalışdım, həyatımı sistemə saldım, bir il ərzində 120 kitab oxudum. Hamısı biznesə aid kitablar idi və hər bir kitabın mənim planlı həyat yaşamağımda izləri var. Bir tək şey öyrəndim kitablardan və onu tətbiq edirəm: Xəyal etmək! İnsanın xəyal gücü sonsuzdur. Və olmayan bir şeyi əgər bir insan xəyal edə bilirsə, onu mütləq gerçəkləşdirə bilər. Biznes qurmaq istəyənlərə də ilk tövsiyyəm, öz gələcək bizneslərinin xəyalını daha da ehtirasla arzulasınlar. Nə zaman ki, öz beyinlərinə güclü bir formada siqnal göndərə bilərlər, nə zaman ki gecə yuxularında həmin biznes arzularını görərlər, nə zaman ki, 35 il sonra özünü uğurlu bir iş adamı ki xəyal edə bilərlər, o zaman başqa birilərinin onlara məsləhət verməyə belə ehtiyyacı qalmaz.

Interforce instagramda  Interforce twitterdə  İnterforce google+

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...