Gələn ilki iPhone’ların qiymətlərində yüksəliş olacaq

Date:

Paylaş:

“Apple” şirkətinin hələ bir neçə müddət bundan öncə yeni iPhone 11 smartfon modellərini satışa çıxartmasına baxmayaraq analitiklər artıq iPhone 12-nin necə olacağı barəsində proqnozlar qururlar. Əslində bu, əbəs yerə deyil. Çünki gələn ilki iPhone modellərində tamamilə yeni dizayn və 5G dəstəyinin olacağı gözlənilir. Lakin bütün bu yeniliklərə görə smartfonların qiymətlərində də yüksəlmə olacaq. Bu barədə Wccftech saytı xəbər verib.

Qeyd edək ki, analitiklərin proqnozlarına əsasən gələn il də Apple şirkəti 3 iPhone modeli təqdim edəcək və onlardan ikisi Qualcomm-un 5G dəstəkli modemini əldə edəcək. Bununla yanaşı analitiklər qeyd edirlər ki, gələn ilki iPhone modellərinin dizaynlarında dəyişiklik olacaq. Gələn ilki iPhone modellərində metal karkas, arxa və ön paneldə şüşə materialdan istifadə olunacaq. Lakin metal karkasın dizaynı iPhone 4-ün dizaynına bənzəyəcək.

Nəticədə iPhone 12 modellərinin qiymətlərində yüksəlmə olacaq. iPhone 12-nin qyməti hal hazırda olan iPhone 11 modellərinin qymətlərindən ortalama 140$ baha olacaq. Ümumi nəticədə gələn ilki iPhone modellərində növbəti qiymət göstəricilərini gözləmək olar: iPhone 12 (850$), iPhone 12 Pro (1280$) və iPhone 12 Pro Max (1420$). Təbii ki, smartfonların qiymətləri satışa çıxacaqları regionlardan asılı olaraq dəyişəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...