Gələn ilin əvvəlindən Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanacaq

Date:

Paylaş:

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda innovativ startapları müvafiq vergi güzəştləri ilə təmin edəcək startap şəhadətnamələrinin verilməsinə başlanacaq.

Bunu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda müvafiq meyarlar üzərində müzakirələr aparılır ki, bu işə bir neçə qurum cəlb olunub.

“Bu sənəd Vergilər Nazirliyində baxılırdı, ondan sonra isə təsdiq üçün getməli idi Nazirlər Kabinetinə. Son struktur dəyişiklikləri ilə bağlı bu ilin sonunadək bir qədər ləngimə ola bilər. Hesab edirik, sənəd gələn ildən qüvvəyə minəcək, çünki bu, sahibkarlar üçün olduqca vacib bir sənəddir. Bildiyiniz kimi, KOBİA startap şəhadətnamələri verəcək. Ona görə sırf hüquqi məsələlərin həlli qalıb. Hesab edirik ki, gələn ilin əvvəlindən şəhadətnamələrin verilməsinə başlanacaq”, – deyə O. Məmmədov qeyd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...