Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ, SOCAR) Kulevi neft terminalının yaxınlığında Gürcüstanda ilk neft emalı zavodunu tikməyi planlaşdırır. Tikinti işləri 2021-ci ildə başlamalı, 3 il sonra başa çatmalıdır. Bunu layihəni reallaşdıran “Fazis Oil” şirkətinin icraçı direktoru Giya Şavdiya jurnalistlərə məlumat verib.
“İlkin qiymətləndirmələrə görə, 5 ildən sonra NEZ tam gücü ilə fəaliyyətə başlayacaq və bundan sonra Gürcüstanın dövlət büdcəsinə təqribən illik 50-60 milyon dollar daxil olacaq”, – o qeyd edib.
“Layihə üzərində iş fəal mərhələdədir. Artıq Royal Dutch Shell və Axens şirkətləri ilə lisenizya sazişlərinin bağlanması üzərində işləyirik, mart ayında isə həmin NEZ-i idarə edəcək İspaniyanın Cepsa neft-kimya korporasiyası ilə memorandum imzalanacaq”, – Şavdiya dəqiqləşdirib.
Onun sözlərinə görə, layihəyə əsasən, bu, yüksək texnoloji müəssisə olacaq. “İstehsalatda bərk tullantılar olmayacaq və zavod ekoloji təmiz benzin və əsasən yerli bazarda realizə ediləcək “Avro-5” və “Avro-6” standartlı dizel yanacağı istehsal olunacaq. Bu, Gürcüstana neft məhsullarının ökkəyə idxalını 15-20% azaltmağa imkan verəcək”, – Şavdiya qeyd edib.