Sentyabr ayında “Apple” şirkəti üç yeni iPhone və böyüdülmüş 16 düyüm ekranlı “MacBook Pro” noutbukunu təqdim edəcək.
XS, XS Max, XR iPhone modellərini əvəzləyəcək yeni “Pro iPhone” smartfonları daha geniş sahə əhatə edəcək əlavə kamera, üzü üçölçülü scan etmək üçün Face İD sensor sistemi, yeni OLED displeyi, daha güclü A13 prosesoru ilə təchiz olunub. Bununla yanaşı, yeni smartfonların 5G rabitə sistemini dəstəkləmədiyi də qeyd olunur.
“MacBook Pro”nun isə “Apple” noutbukları arasında ən iri olduğuna diqqət çəkilir. Həmçinin şirkətin təkmilləşdirilmiş fotokameraya və daha güclü prosessora malik yeni iPad Pro planşetin istehsalına başlamaq niyyətində olduğu da göstərilir.