Gələcəyin peşələri: yeni və perspektivli olanlar

Date:

Paylaş:

Əmək bazarına və hər hansısa peşəyə tələbata iqtisadi vəziyyət və iqtisadi münasibətlərin inkişafı təsir göstərir. Yaxın on ildə əmık bazarında müvəffəqiyyət ehtimalı böyükdür, belə ki, bu da qaçılmaz  iqtisadi dəyişiklik persepktivləri ilə əlaqədardır. Bəs söhbət hansı dəyişikliklərdən gedir?

Kiborqlar( maşın-insan ) gəlirlər: robotlar insanları intelektual əmək bazarından çıxarırlar

Bu fantastika deyil. Bəşəriyyət həyat fəaliyyətinin və iqtisadi münasibətlərin bütün sahələrində praktiki olaraq süni intellektin tətbiqinin astanasındadır.

Özünüz nəzər yetirin: Google korporasiyası texniki direktor və texnoloji sinqulyarlıq yevangelisti Ray Kurzweil-in başçılığı ilə süni intellektin və maşın təlimi alqoritmlərinin işlənməsinə milyardlarla dollar qoyur.

Alim Stephen Hawking və SpaceX şirkətinin qurucusu Elon Musk süni intellekti bəşəriyyət üçün ciddi təhlükələrdən biri hesab edir. Musk hətta cəmiyyətin hər bir üzvü üçün minimal ödənişlər tətbiq etməyi təklif edib, belə ki, yaxın gələcəkdə robotlara görə artıq milyardlarla insan öz işini itirəcək.

Bəs əmək bazarında kim süni intellektlə rəqabətə davam gətirməyəcək? Bunlar demək olar ki, intellektual əməyin bütün nümayəndələridir: jurnalistlər, dizaynerlər, proqramistlər, mühəndislər, mühasiblər. Amma robotlar çətin ki, yüksək əl əməyini əvəz edə bilsinlər.Bu sadə mexanizmlərin konveyer yığılmasına aid deyil.

Qlobal iqtisadi və maliyyə böhranı

Bu, əmək bazarına təsir edən daha bir hadisədir. Onun nəticəsi olaraq postsənaye iqtisadiyyatında qəza və sənayə həyatına qayıdış baş verə bilər. Bunun da nəticəsində xidmət sahəsində bir çox insan öz işini itirə bilər: marketoloqlar, treyderlər və portfel investorlar, hüquqşünaslar və vəkillər.

Əli olan insana tələbat çətin ki olmasın, belə ki, intellektual əməyin bəzi nümayəndələrinə çətin olacaq.

Qlobal böhran sənayenin yenidən qurulmasına gətirib çıxaracaq, buna görə də ən çox tələb olunanlar mühəndislər olacaqlar. Bu sonuncular, onların yerini proqramlar və alqoritmlər tutmasalar lazımlı olacaqlar.

Əhalinin qocalması və cəmiyyətin sağlamlıq durumunun pisləşməsi

Həkimlər təsdiq edirlər ki, insanlar arasında mutasiya prosesi gedir. Buna görə də bugünümüzün insanları öz əcdadları ilə müqayisədə daha çox xəstəliyə meyllidirlər. Bununla belə uzunömürlülük artır və bu da cəmiyyətin qocalması deməkdir. Ahıl insanlar əlavə tibbi yardıma ehtiyac duyurlar.

Buna görə də yaxın gələcəkdə tibb sahəsində işləyənlərə tələbat artacaq. Məsələ burasındadır ki, cəmiyyət əhalinin tibi xidmətlərlə təmin olunmasının  heç olmasa hazırki səviyyəsini qoruyub saxlaya biləcəkmi.

Əmək bazarının müxtəlif inkişaf mərhələlərində çörəksiz qalmayacaq peşə sahiblərinin siyahısı ilə tanış olaq.

Tibb işçiləri: həkimlər, tibb bacıları, xəstə dayələri.

İxtisaslaşmış əl əməyinin nümayəndələri: slesarlar,fəhlələr,mexaniklər, elektriklər.

Kənd təsərrüfatı peşələrinin nümayəndələri: heyvandarlar, aqronomlar, veterinarlar, melioratorlar, mexanizatorlar, əkinçi.

İT mütəxəssisləri. Konkret peşələrə olan tələbat sənayenin inkişaf istiqamətindən asılı olacaq.Çox güman ki, tələbdən sistemli administratorlar,informasiya təhlükəsizliyi üzrə mütəxəssislər istifadə edəcəklər.Yaxın gələcəkdə proqramçı peşəsi aktual olacaq. Lakin onları robotlar da əvəzləyə bilərlər.

Sosial sahə mütəxəssisləri. Onlar sosial işçilər, psixoloqlar və yaşlı insanlara xidmət edən digər mütəxəssislərdir.

Nəqliyyat infrastrukturası nümayəndədləri. Dünya iqtisadiyyatı gələn böhranı uğurla üstələyə bilsə nəqliyyat sahəsi müxtəlif işçilərə ehtiyac duyacaq: mühəndislər, asfalt çəkənlər və boru operatorları.

Energetiklər. Bəşəriyyətin inkişafı üçün energetika sahəsində inkişaf önəmlidir. Buna görə də  alimlər və mühəndis-atomçular, geoloqlar, layihəçilər, dağ mühəndisləri və bu kimi digərləri təbəb olunacaqlar.

Əmək bazarının əslində necə inkişaf edəcəyini heç kim bilmir. Ona görə də gənclər bir neçə peşəni mənimsəməyə hazır olmalıdırlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...