Alibaba şirkətinin FlyZoo oteli Çinin Quançjou şəhərində Fliggy tətbiqi texnologiyalarının istifadəsinə başlayıb. Bu tətbiq vasitəsilə turistlər otaq sifariş edə, mərtəbə seçə və hətta pəncərə mənzərəsini təyin edə bilərlər.
Şirkət rahat və anlaşıqlı bir xidmət yaratmaq üçün süni zəka ilə proqram texnologiyalarını birləşdirib.
Çinli turistlər tətbiqdə qeydiyyatdan, əcnəbilər isə elektron köşkdə sürətli yoxlanışdan keçə bilərlər.Qonaqlar dərhal hazır nömrələrə yönləndirilirlər.
Kart və parollar əvəzinə üz tanıma seçimini etmək olar. FlyZoo qonağın şəxsiyyətini təyin etmək üçün onun qeydiyyat zamanı çəkilmiş şəklindən istifadə edir. Sistemin köməyi ilə otağa daxil olmaq və lifti aktiv etmək mümkündür – sadəcə kameraya baxmaq kifayətdir.
Hər otaqda Tmall Genie səsli köməkçisi var. Onun köməyi ilə səs vasitəsilə otağın işıqlandırılmasını və hərarətini təyin etmək, pərdələri idarə etmək, musiqi, televizor qoşmaq və otağa xidmətlər sifariş etmək olar. Son funksiyanı robotlar icra edir – onlar yeməyi, içkiləri və lazım olan şeyi otağa çatdırırlar.
İdman zalı oyun panelləri və interaktiv məşqlərin keçirilməsi üçün ekranlarla təchiz olunub.
Sahibkarlar texnologiyaların, işçi heyətini gündəlik qayğıların böyük bir hissəsindən azad etməsini istəyirlər. Bu, insanların mehmanxana xidmətinin daimi inkişafı üçün çalışmasına imkan verəcək.