Gələcəkdə “iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemindən istifadə olunacaq

Date:

Paylaş:

ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) “Apple” şirkətinə mobil qurğular üçün biometrik identifikasiya vasitələrinə patent hüququ verib.

 Söhbət “iPhone” smartfonlarında adi “Touch ID” sensoru əvəzinə, istifadəsi planlaşdırılan yeni barmaq izi skaneri sistemindən gedir.

Məlumata görə, təklif edilən həll qurğunun ön panelini fərqli tərzdə vibrasiya etməyə məcbur edən xüsusi elektroakustik dəyişdiricilərin tətbiqini nəzərdə tutur. Bunun sayəsində smartfonun bütün üst tərəfi daktiloskopik skaner funksiyasını yerinə yetirə biləcək.

Beləliklə, “Apple” yeni “iPhone” modellərini tam çərçivəsiz displeylə təchiz etmək imkanı əldə edəcək – ekran altında ənənəvi “Touch ID” sensoru üçün yerin ayrılmasına ehtiyac qalmayacaq.

Patent üçün müraciət 2016-cı ilin sentyabrında edilib, texnologiya isə aprelin 30-da qeydiyyata alınıb. Yeni texnologiyanın kommersiya qurğularında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...