Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Gənclər kriptovalyuta ilə bağlı startapa başladılar

Gənclər kriptovalyuta ilə bağlı startapa başladılar

571
Paylaş

Azərbaycanda onlayn tədrislə bağlı sosial şəbəkə yaradılıb. “ONMA” adlanan bu şəbəkə “ONMA Line Consulting” şirkəti tərəfindən təsis edilib. Startap layihənin müəllifləri bu sektorda kifayət qədər tanınan Qurbanəli Ömər və Orxan Qasımovdur.

Qurbanəli Ömərin sözlərinə görə, ONMA.IO – əsas profili onlayn təlim- tədris olan, reklama görə öz kriptovalyutası (ONMA token) ilə referal bonuslar verən və sırf biznes üçün nəzərdə tutulan sosial şəbəkədir.

“Başqa cür desək, ONMA onlayn tədrislə məşğul olub, gəlir əldə etmək istəyən şəxsləri netvork konsultantlar (reklamçılar) vasitəsilə tələbə, yatırımçı və müştərilərlə əlaqələndirən sistemdir. 

ONMA sosial şəbəkə layihəsi şirkətin özək və həmçinin, ilk rəsmi onlayn platformasıdır. Bu sistemin üzərində onlayn təlim- tədris başda olmaqla, 10 bir- birinə bağlı platforma fəaliyyət göstərəcəkdir.

Bu onlayn təlim- tədris şəbəkəsi əsasən öyrənmək, öyrənə- öyrənə öyrətmək və buradakı fəaliyyətindən pul qazanmaq istəyən ziyalı auditoriya üçün nəzərdə tutulub. Platformanın yaradılmasında əsas məqsəd təlim- tədris işçilərinin, konsultantların, psixoloqların, jurnalistlərin, reklamçıların, dizaynerlərin, şəbəkə marketinqi ilə məşğul olan şəxslərin, yatırımçıların, traderlərin və bir sözlə onlayn çalışa biləcək bütün ixtisaslı kadrların şəbəkələşməsini təmin etməkdir. Sistemin hazırda 4 əsas üstünlüyü var : onlayn təlim- tədris şəbəkəsi, referal (tövsiyə) marketinq, ödənişsiz reklam və kriptovalyuta.

Ömər açıqlamasında onu da bildirib ki, saytda öz bilik və bacarıqlarını başqalarına öyrətmək istəyən müəllimlər çox asanlıqla (evdən ayrılmadan) böyük bir auditoriyaya sahib tələbələrə, tələbələr isə çox savadlı və təcrübəli müəllimlərə (bütün profillərin divarı dəyərləndirmə, eyni zamanda rəy üçün açıq olacaq və buna görə reytinq cədvəli formalaşacaq) çıxış imkanı əldə edəcək, həm də bu dərsləri daha ucuzdan almış olacaqlar:

Başqa cür yanaşsaq, bu şəbəkədə olan hər kəs ödənişli və ödənişsiz paylaşımlar edərək, bir növ öz bilik və təcrübələrini “barter” etmiş olacaq. Tələbələr istədikləri müəllimi tapıb, onun vebinarlarına, intelektual oyunlarına, debat, mühazirə və fərdi onlayn kurslarına qatıla, konsultasiyalarında iştirak edə və istədiklərini çox rahat bir şəkildə (evdən, ofisdən ayrılmadan) və ən yüksək səviyyədə öyrənə biləcəklər. Onların buradakı canlı yayımları öncədən ödəniş edib, vebinarlarda iştirak etmək, videodərsləri, elektron və audio kitabları, testləri, məqalələri, xəbərləri, foto materialları və s. almaq imkanları olacaq. Müəllimlər, təlimçilər, imtahangötürənlər, imtahanverənlər, xaricdə təhsil almaq istəyənlər və ya bu işlə fərdi qaydada məşğul olanlar, konsultantlar, mütəxəssislər və başqaları isə sistemin verdiyi imkanlardan istifadə edərək, çox rahatlıqla həm öz auditoriyalarına, həm də sistemin digər üzvlərinə xidmət göstərə biləcəklər. Sistemdə daha çox alıcı olduğundan xidmət və məhsulların qiymətinin aşağı olması həm satıcıya (müəllim, konsultant və s.), həm də alıcıya (öyrənən şəxsə) sərfəli olacaq. Satıcı tərəfə satdığı məhsul və ya xidmətə görə ümumi məbləğin 70%- i ödənilir. Geri qalan 15% reklamçıların, 15% isə şirkətin balansına xidmət haqqı olaraq köçürülür. Bir daha qeyd edək ki, buradan tələbələr, iş adamları, hüquqşunaslar, yazarlar, incəsənətçilər, tərcüməçilər, menecerlər, iş axtaran mütəxəsislər, ideya müəllifləri, kriptovalyutalar ilə maraqlanan insanlar və digərləri çox rahatlıqla faydalana biləcəklər.

Hazırda, saytda ödəmə və balansdan çıxarış Portmanat  SWIFT yolu ilə mümkündür. Ancaq tədricən sistemdə Millicard,  Paypal, e- Payments, Bank Paysera, Advanced Cash,  WebMoney, Perfect Money, Payeer və Payoneer kimi ödəmə üsullarının, həmçinin, Bitcoin, Ethereum, Waves kimi kriptovalyutaların qəbulu da planlaşdırılır.

Bu sosial şəbəkəyə  zaman- zaman  bir- birindən maraqlı yeni- yeni funksiya və platformalar əlavələr ediləcək. Bir daha qeyd edək ki, şirkətin bütün gələcək platformaları məhz bu sistemin üzərində qurulub, inkişaf edəcək. Sayt sıfırdan kodlaşdırılaraq yığıldığından, rahatlıqla yeniliklər və dəyişikliklər etmək imkanları olacaq.

Şirkət təkliflərə hər zaman açıq olacaq və dəyərləndirib, qəbul edilən bütün təklif, layihə və xidmətlərə görə də mükafatlandırmalar edəcək”

Qeyd edək ki, sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Qeydiyyat üçün: https://onma.io/?ref=onma