Əsas səhifə Vakansiya Gənc və təcrübəsiz namizədlərə iş imkanı!

    Gənc və təcrübəsiz namizədlərə iş imkanı!

    1798
    Paylaş

    Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı – “Rabitəbank” ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası  iş təcrübəsi olmayan gənc namizədləri dəvət edir:

    • Müştəri xidməti sahəsi Baş ofis, Bakı şəhəri və rayon filialları (əməliyyatçılar, müştəri xidmətləri təmsilçiləri)
    • Təşkilatçılıq və kargüzarlıq sahəsi (mütəxəssislər, rəhbər assistentləri)

    Vakansiyalar üzrə tələblər:

    • Ali təhsil
    • Mükəmməl dil bilikləri: Azərbaycan, Rus, İngilis (upper-intermediate)
    • Kommunikasiya qurma bacarıqları
    • Microsoft Office proqramlarında işləmə bacarığı
    • İşgüzar xarici görünüş
    • Tez öyrənmə qabiliyyəti
    • Analitik düşüncə tərzi

    Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Mailın başlıq hissəsində müraciət etdiyiniz sahəni göstərməyi unutmayın.

    *Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan, ilkin seçimdən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

    Bütün gənclərimizə bol şanslar diləyirik!