Əsas səhifə Vergi Gəliri vergidən azad olan şəxslər bunu etməsələr cərimələnəcəklər – MƏBLƏĞ

Gəliri vergidən azad olan şəxslər bunu etməsələr cərimələnəcəklər – MƏBLƏĞ

176
Paylaş

Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədikdə ona hər hansı cərimə nəzərdə tutulurmu?

 Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər çox ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad olunmuş gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs də, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə, ona bəyan edilməmiş gəlirin 6%-i miqdarına maliyyə sanksiyası tətbiq olunacaqdır. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Bu barədə Vergi Məcəlləsinin 58.15-ci maddəsində və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun 2-ci maddəsində qeyd olunur.