Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Gələn il Bakıda açılacaq “Həştərxan Biznes Mərkəzi” nə ilə seçiləcək?

Gələn il Bakıda açılacaq “Həştərxan Biznes Mərkəzi” nə ilə seçiləcək?

108
Paylaş

2020-ci ilin may-iyun aylarında Bakıda “Həştərxan İş Mərkəzi” açılacaq. Bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

“Vilayətin başçısı Həştərxan İş Mərkəzinin tikinti işlərinin gedişi ilə tanış olub. Mərkəzin 2020-ci ildə Bakıda açılşı planlaşdırılır. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Kompleks Həştərxan vilayətində açılı olan Azərbaycan İş Mərkəzi ilə əlaqədə fəaliyyət göstərəcək”, – Həştərxan mətbuatının məlumatında vurğulanır.

Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır.

İqor Babuşkin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüş zamanı bu və ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə söz açıb. “Əminəm ki, may-iyun aylarında bu Mərkəzin təntənəli açılışını edə biləcəyik. Bu, mehriban qonşuluq münasibətlərin qurulmasında kifayət qədər təsirli alətdir. Əminəm ki, bununla əlaqədar aramızda sülh və həmrəylik olacaq. Və toplanan potensial yalnız inkişaf edəcək”, – Babuşkin vurğulayıb.

Qeyd edək ki, bugün Azərbaycan prezidenti İlham Əliyev qubernatoru qəbul edib.