Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “İmprotex Trucks and Buses” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Palata tərtib etdiyi protokolu baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Improtex Trucks and Buse” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiıəsi naziri Füzuli Ələkbərova məxsus olan “İmproteks Şirkətlər Qrupu”na aid şirkətlərdəndir.
“İmproteks Şirkətlər Qrupu”na minik və yük avtomobillərinni satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.
MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan “Improtex Trucks and Buses” MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.