Əsas səhifə Biznes Biznes məqalələri Funda Güleçin “Pərakəndə sektoru idarə edən iki güc var”

Funda Güleçin “Pərakəndə sektoru idarə edən iki güc var”

285

Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin yazısı.

Pərakəndə sektoru sosial medianın təsiri və yeni texnologiyaları mənimsəyən istehlakçıların hesabına böyüyür. Hər il artan e-ticarət həcmi pərakəndədə satış uğuruna təsir edir. 2019-cu ildə də e-ticarət bazarının böyüməsi və pərakəndə sektorunda dövriyyənin artımı gözlənilir.

Sosial medianın gücü!

Pərakəndə sektorunu idarə edən iki güc var. Artan istehlakçı tələbləri və dəyişən müştəri davranışları. Əlbəttə ki, bu dəyişiklikdə sosial medianın da təsiri qaçılmazdır. Müştərilər daha tələbkardır. Sosial məcraların populyarlığı kommunikasiya kanallarının artmasına, istehlakçıların isə bir çox kanaldan istifadə edərək hər-hansı məlumata çatmasına, alış-veriş imkanı əldə edirlər. Bu gün sosial medianın gücü ilə müştərilərin arzu və istəklərini dinləyə, şikayət və problemləri anında həll edə, onların zövqünü oxşayan kontent hazırlaya və onları markanın hekayəsinə əlavə edə bilərsiniz. 2014-cü ildən bəri sosial media alternativ məcra kimi reklam xərclərində yer alır. Sosial media cari ildə də satışları artıran güc olaraq qalacaq.

Pərakəndəni “taçlandıran” sosial təsirlər

Bütün zamanlarda marka kommunikasiyası doğru mesaj, doğru kanaldan, doğru zaman və doğru hədəfləmə üzərindən reallaşıb. Modern marketinq və kommunikasiya üsulları texnologiyanın dəstəyi və sosial media kanalları ilə inkişaf edir. Kommunikasiya kanalları zəriflik, insana toxunan və səmimi hekayə ilə gücləndirilir. Pərakəndəni “taçlandıran” sosial təsirlər “sosial media, sosial alış-veriş, sosial ticarət” ilə adətən bir dairənin içindədirlər. Sosial media okean kimi özündə alış-veriş, ticarət, texnologiyanı cəmləşdirir. Pərakəndə nəhəngləri sosial media izləyicilərindən marka elçiləri yaradırlar, bununla əhatə dairəsini və məşhurluqlarını artırırlar.

Sosial media;

Daha az büdcə ilə daha çox nəticə əldə edilir. İstehlakçılar ilə daha dərin və daha duyğusal kommunikasiya qurmağa imkan verir. Mesajı sürətlə çatdırır, sürətli hərəkəti mümkün edir. Müştərilərin marka ilə birbaşa ünsiyyətdə olmasına kömək olur. Marka ətrafında yaranan bir cəmiyyət yaratmağa şərait yaradır. Müştərilərini öz sosial qruplarına məhsullardan bəhs və tövsiyə etmək üçün təşviq edər.

Sosial alış-veriş üçün müştəriləri həvəsləndirən və birbaşa kommunikasiya imkanı təklif edən platformanın inkişafı davam edir. Ölkəmizdə – Türkiyədə xüsusilə “Instagram” üzərindən edilən, “WhatsApp” ilə dəstəklənən satışlara maraq hər gün böyüyür. Sosial ticarətin böyüklüyü 2011-ci ildə 5 milyard dollar olub. 2015-ci ildə isə bu rəqəm artıq 30 milyard dolları aşmışdı. Ən kiçiyindən ən böyüyünə pərakəndə satışı dəstəkləyən və sosial ticarətə dair yeniliklər, yenə sosial media kanallarından gəlir.

Qlobal e-ticarət satışlarının 2021-ci ilinə qədər təxminən 20% artması və 4,048 milyard dollara çatması gözlənilir.

Məhsul və xidmətləri ilə bağlı kontent hazırlayan və onu sosial media kanalları üzərindən paylaşan pərakəndə firmaları böyüyür. Kiçik pərakəndəçilər üçün sosial media məcraları, eyni zamanda onlayn mağaza olaraq istifadə olunur. Məhsullarını satış etmək istədikləri bölgədə, hədəf kütlələrinə yönələn, müəyyən büdcə ilə dəstəklənən satışa çıxarılır. Üstəgəl, bu satışı hər mərhələdə analiz edib, ölçmək mümkün olur.

Dəstəkləyici texnologiyalar isə, həm müştərilər üçün, həm də müəssisələr üçün çox önəmli rola malikdir və bu sahə hər dəfə inkişafdadır. Texnologiya, sadəcə dijital dünyada deyil, ənənəvi mağazalarda da qarşımıza çıxır. Virtual tətbiqlər, “ağıllı” aynalar, süni zəka dəstəkli chatbotlar, lokasiyalı bəzi texnologiyalar və daha çoxu həyatın içindədir və müştərilərin vərdişlərini dəyişir.

Blockchain texnologiyaların isə pərakəndə sektorunu dəyişdirəcəyi həqiqətdir. Tədarük zəncirindən, istifadəçi sədaqətinədək, məhsulun DNA səviyyəsinədək izlənilməsi, blockchain texnologiyaları ilə mümkün olacaq. Sosial medianın təsiri və texnologiyanın inqilabı, bütün pərakəndə sektorunu mövcud müştərilərini qorumaq və rəqabət üstünlüyü əldə etmək üçün bənzərsiz iş modelləri təklif etməyə təşviq edir.

Müştərilərə dəyər qatan, sədaqəti artıran xidmət sahələri və marketinq yanaşmaları ilə model yaratmaq isə ancaq sosial medianın gücü və təsiri ilə mümkündür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here