“Fujitsu” şirkəti planşet kompüterini təqdim edib

Date:

Paylaş:

Yaponiyanın “Fujitsu” korporasiyası “Stylistic Q509” planşet kompüterini təqdim edib. Sözügedən aparat hibriddir, yəni noutbuk kimi istifadə edilə bilər, həmçinin yüksək müdafiə sisteminə malikdir.

Hərbi standartlara uyğun, su və toza qarşı davamlı korpusa malik qurğunu ağır iş şəraitində istifadə etmək olar. İstehsalçı planşet kompüteri ekstremal vəziyyətlərdə istifadə etmək üçün xüsusi qayışa malik çexol təklif edir.

Yeni planşet kompüteri 1,1 QHs takt tezlikli 4 nüvəli “Intel Celereon”  prosessoru ilə təchiz edilib. Proqram hissəsi “Windows 10 Pro” əməliyyat sistemi üçün işlənib hazırlanıb.

Aparat, həmçinin 8 QB-lıq əməli yaddaş, 256 QB-dək sərtgövdəli daşıyıcı, “microSD” slotu, “USB 3.1” və “USB Type-C” portları ilə təchiz edilib.

“Wi-Fi 802.11ac”, “Bluetooth 4.0”, “LTE” və “GPS” simsiz kommunikasiyalar texnologiyası dəstəklənir. 10,6 düymlük sensor ekran 1920 x 1200 piksel təsvir ölçüsünə malikdir.

Birləşdirici stansiya daxili LAN konnektoru və enerji doldurmaq üçün konnektorla təchiz edilib. 1 saat ərzində qurğunu 80%-dək enerji ilə doldurmaq mümkündür.

“Fujitsu Stylistic Q509” modeli artıq satışa çıxarılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...