FT: McDonald’s restoran şəbəkəsinin son 20 ildə ən böyük razılaşması

Date:

Paylaş:

McDonald’s restoranlar şəbəkəsi, İsrailin süni intellekt texnologiyalarının inkişaf elətdirilməsi sahəsində ixtisaslaşan Dynamic Yield şirkətini alacağını elan edib. Bu barədə Financial Times qəzeti məlumat verib.

Razılaşmanın ümumi məbləği açıqlanmır, nəşrin verdiyi məlumata görə qiymət 300 milyon dollardan yuxarıdır.

McDonald’s, İsrail şirkətinin texnologiyasından şəxsi menyular hazırlanmasında istifadə edəcəyini söyləyib. Bu menyulardakı xörəklər hava şəraitindən, restoranın yüklü olub-olmamasından və digər faktorlardan asılı olaraq dəyişəcəkdir. Yəni, müştəri seçimindən çıxış edərək, süni intellekt ona əlavə təkliflər təqdim edəcəkdir.

Şirkət texnologiyanı 2018-ci ildə Amerikanın bir sıra restoranlarında sınaqdan keçirdiyini bildirib. 2019-cu ildə McDonald’s, ABŞ-dakı filiallarında Dynamic Yield texnologiyasını tətbiq etməyi və gələcəkdə onu digər ölkələrin bazarlarına çıxarmağı planlaşdırır. Şəbəkə bu texnologiya ilə özünün self-servis köşklərini və McDonald’s tətbiqini də təchiz edəcək.

Qəzetin qeyd etdiyi kimi restoran şəbəkəsi ilə bağlanmış bu müqavilə İsrail şirkətinin hazırkı müqavilələrinə təsir göstərməyəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...