“FruitGarden” MMC sitrus bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Bizplus.az xəbər verir ki, “FruitGarden” Lənkəran rayonunda sitrus ağacları bağlarının salınması ilə əlaqədar biznes plan hazırlayıb. Layihə $6,296 milyon həcmində qiymətləndirilir. Layihənin tam həcmdə maliyyələşdirilməsi üçün şirkət investor cəlb etməyi planlaşdırır”, – hökumətdən qeyd olunur.
“FruitGarden” layihənin iki il ərzində reallaşdırılmasına ümid edir və layihənin xərcinin çıxarılması müddətini də iki il qiymətləndirir.