Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “FruitGarden” MMC pullu səhmdar axtarışındadır

“FruitGarden” MMC pullu səhmdar axtarışındadır

90
Paylaş

“FruitGarden” MMC sitrus bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.

Bizplus.az xəbər verir ki, “FruitGarden” Lənkəran rayonunda sitrus ağacları bağlarının salınması ilə əlaqədar biznes plan hazırlayıb. Layihə $6,296 milyon həcmində qiymətləndirilir. Layihənin tam həcmdə maliyyələşdirilməsi üçün şirkət investor cəlb etməyi planlaşdırır”, – hökumətdən qeyd olunur.

“FruitGarden” layihənin iki il ərzində reallaşdırılmasına ümid edir və layihənin xərcinin çıxarılması müddətini də iki il qiymətləndirir.