Əsas səhifə Startup Fransız startapı piylənmə ilə mübarizədə 4,5 mln. dollar cəlb edib

Fransız startapı piylənmə ilə mübarizədə 4,5 mln. dollar cəlb edib

131
Paylaş

Fransanın “Foodvisor” startapı yeni tətbiqi işə salıb. O, kompüter nəzəri ilə qidalanmanı və qida keyfiyyətini dəyərləndirir. Şirkət bu texnologiyasının sonrakı inkişafı və ABŞ bazarında möhkəmlənməsi üçün 4,5 mln.dollar cəlb edib.

Səhmdarlardan əldə olunan vəsaitlər istifadə edilən qidanın keyfiyyətini və miqdarını qiymətləndirən alqoritmin tamamlanmasına xərclənəcək. Proqramçılar kalorini ingilis ölçü sistemində hesablamağı, ABŞ bazarında inkişaf etmək üçün amerikan qidaları və onların standartları  barədə məlumatlar toplamağı süni zəkaya öyrətmək istəyirlər. “Foodvisor” startapı əhalisinin 70%-nin keyfiyyətsiz qidalardan və piylənmədən əziyyət çəkməsinə görə ABŞ-ı öz texnologiyası üçün perspektivli ölkə hesab edir.

Tətbiq, kalorinin, zülalların, liflərin və karbohidratların miqdarını ölçərək istifadəçinin yeyəcəyi qidanı smartfondakı şəkil vasitəsilə müəyyən edir. Məhsulların “faydalılıq reytinqi”ndə öz yerləri var. Alqoritmlər artıq 1,2 mindən çox qida növünü tanıya bilirlər.

Qeyd edək ki, toplanan məlumatlar əsasında ödənişsiz tətbiq “qidalanma gündəliyi” tərtib edir. İfrat dərəcədə qida qəbulu zamanı və ya ziyanlı qidalar olduqda “Foodvisor” sağlamlıq durumunda yarana biləcək problemlə bağlı xəbərdarlıq göndərir. Alqortim səhv etdikdə isə istifadəçilər ona düzəliş edə bilərlər və robot da sonra həmin yeni məlumatları nəzərə alır.