Əsas səhifə Biznes Fransız milyarder Christian Dioru 12.1 milyard dollara satın aldı!

Fransız milyarder Christian Dioru 12.1 milyard dollara satın aldı!

1568
Paylaş

Louis Vuittonun sahibi Fransız milyarder Bernard Arnault moda evi Christian Dioru 12.1 milyard avro qarşılığında satın alaraq moda dünyasında ən böyük satınalmalardan birini reallaşdırdı.

Satınalmadan dərhal sonra Diorun səhmləri 13 faiz artım göstərdi.

Dizayner Christian Dior Marcel Boussac adlı iş adamının dəstəyi ilə 1946-cı ildə moda evini yaratmışdı. Daha sonra parfüm, saat və aksessuar kimi fərqli sektorlara da yayılan və Nyu-York, London, Tokyo kimi böyük şəhərlərdə inkişaf etmişdi. Pierre Cardin və Yves Saint Laurent kimi dizaynerlər də gənc yaşlarında Dior moda evində çalışıblar.

Christian Dior 1957-ci ildə həyatını itirib.

Bernard Arnault kimdir?