Əsas səhifə Biznes sahələri Turizm Fransanın otel brendi “İbis” Azərbaycanda

Fransanın otel brendi “İbis” Azərbaycanda

104

Azərbaycanda yeni “İBİS” Hotel tikilib.

Onun Mart ayından etibarən fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki,”İbis” otel Xətai metro stansiyası yaxınlığında yerləşir. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, Novruz bayramı üçün yeni otelin açılışı bu ilin mart ayının sonunadək planlaşdırılır.

Beynəlxalq səyahət saytlarında qeyd olunur ki, Bakıda ilk “İbis” oteli qonaqları 202 rahat otaqla təmin edəcəkdir.

Bildirək ki, sözügedən otelin baş qərargahı Fransada yerləşir, burada 1974-cü ildə Bordo şəhərində ilk otel açılıb. Bu brend 2018-ci ildə göstərilən məlumata görə 70 ölkədə 1174 oteli idarə edir. “İbis” otelləri iqtisadi otel tipinə aiddir, iki və ya üç ulduzlu olur.